
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi ərazisində baş verib.
Belə ki, 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalı Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyev küçə itinin hücumuna məruz qalıb.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.



