
Şəkidə Aqrar Universitetin filialının açılması təklif edilib.
“SHEKİ.MEDİA” xəbər verir ki, bu təkliflə deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxış edib və Şəkini nümunə göstərib:
“Hazırda ərazisinə görə Qubadan sonra ən böyük regionumuz Şəkidir. Sovet dövründə Şəkidə kənd təsərrüfatı kolleci fəaliyyət göstərirdi.
Yəni baza və mütəxəssislər olduğu üçün Azərbaycan Dövlət Aqrar Universitetinin Şəkidə filialının yaradılmasını təklif edirəm”.
O əlavə edib ki, aqrar təhlükəsizlik həmişə prioritetdir:
“Bu baxımdan, Qafqazın ən böyük taxılçılıq ərazisi olan Şəkidə sözügedən ali təhsil müəssisəsinin filialının açılması yaxşı olardı”.



