
Zaqatalada dəmir yolunda qəza olub.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə Yevlax-Balakən dəmiryolu xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Dəmir yolu keçidindən keçən “Niva” markalı avtomobili teplovozla toqquşub. Nəticədə “Niva”nın sürücüsü – 1982-ci il təvəllüdlü Ruslan Balayev dünyasını dəyişib.
Araşdırma aparılır.



