Şəki sakini özünü körpüdən atıb

Şəki sakini özünü körpüdən atıb.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə bu səhər saat 07:30 radələrində “Qoxmuq körpüsü” adlanan körpüdə baş verib.

Belə ki, 46 yaşlı Şəki şəhər sakini İslamov Məmməd Qurban oğlu özünü körpüdən ataraq intihar edib.

Qeyd edək ki, Məmməd İslamov coğrafiya müəllimi olub. Onu da əlavə edək ki, o, 2020-ci ildə 114 saylı Şəki şəhər birinci seçki dairəsindən deputatlığa namizəd olub.

Faktla bağlı araşdırma aparılır.

Back to top button