“Şəki Yaylası”nda iki nəfər faciəvi şəkildə öldü

Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində bədbəxt hadisə baş verib.

“SHEKİ.MEDİA” xəbər verir ki, bu gün istirahət mərkəzində kanatın qırılması nəticəsində Qax rayon sakini 31 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həlak olublar.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Back to top button