Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota Prius” və “VAZ 21015” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Şəki şəhər sakinləri – 68 yaşlı Vaqif Məmmədəliyev və 31 yaşlı Aysel Lətifzadə xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Google Google-da SHEKİ.MEDİA-nı üstünlük verilən mənbə edin
Google-da SHEKİ.MEDİA-ya abunə ol
Abunə ol
Back to top button