Qaxda ağır qəza: Ölən və yaralananlar var

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub, nəticədə bir nəfər – “Mercedes”in sərnişini 60 yaşlı Tacəddin Əhmədov həyatını itirib.

Daha 3 nəfər – 44 yaşlı Xəyal Həşimov, 52 yaşlı Zaur Abdullayev və 66 yaşlı Novruz Manafov isə ağır xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Back to top button