Şəkidə 30 yaşlı kişini ilan sancıb, vəziyyəti ağırdır

İyulun 29-u axşam saatlarında Şəkinin Şəki kənd sakini 30 yaşlı Şirzad Süleymanov yaşadğı evin həyətyanı sahəsində təsərrüfat işləri görən zaman ilan onun sağ ayağının pəncə nahiyyəsindən sancıb.

“SHEKİ.MEDİA” xəbər verir ki, Ş. Süleymanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Ş. Süleymanova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Ş. Süleymanovun vəziyyəti ağır olduğu üçün müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Back to top button