Zaqatalada avtomobil teplovozla toqquşub, ölən var

Zaqatalada dəmir yolunda qəza olub.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə Yevlax-Balakən dəmiryolu xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəmir yolu keçidindən keçən “Niva” markalı avtomobili teplovozla toqquşub. Nəticədə “Niva”nın sürücüsü – 1982-ci il təvəllüdlü Ruslan Balayev dünyasını dəyişib.

Araşdırma aparılır.

Back to top button