
Şəki sakinləri Bakıda dənizdə boğularaq həyatını itirib.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə dünən, avqustun 22-də Bakı şəhərində yerləşən çimərliklərin birində baş verib.
Belə ki, Şəkinin Baş Layısqı kənd sakinləri — 26 yaşlı İntiqam Məmmədov və 20 yaşlı Nihat Səlimov dənizdə boğularaq həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.



