
İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markakı avtomobillə Şəkinin Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında olan piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
“SHEKİ.MEDİA” xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
“SHEKİ.MEDİA” dünyasını dəyişən M. Teyibovun fotosunu təqdim edir:




