Oğuzda iki avtomobil toqquşub, ölən və yaralanan var

Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

“SHEKİ.MEDİA”nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb. Həmçinin “Mercedes” markalı avtomobilin 42 yaşlı sərnişini Aynur Salahova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Back to top button