Şəkidə 40 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə rayonun Təpəcənnət kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarovu elektrik cərəyanı vurub. O, hadisə zamanı aldığı ağır elektroşok xəsarətlərindən elə hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Back to top button