Şəkidə yük avtomobili yandı – VİDEO

Bu gün səhər saatlarında Şəkinin Vərəzət kəndi ərazisində yük avtomobili yanıb.

“SHEKİ.MEDİA” xəbər verir ki, Bakı şəhər sakini, 33 yaşlı Mövlud Nəsibova məxsus, “Mercedes” markalı yük avtomobili Vərəzət kəndi istiqamətində hərəkətdə olarkən qəfil alovlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

VİDEOhttps://t.me/shekimedia/60109

Back to top button