
Bu gün Şəkinin Qoxmuq kəndində yaşayış evində yanğın baş verib.
“SHEKİ.MEDİA” xəbər verir ki, yanğın nəticəsində 42 yaşlı Suqra Hümmətovaya məxsus, ümumi sahəsi 135 kvadratmetr olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 110, mətbəxinin yanar konstruksiyaları isə 20 kvadratmetr sahədə yanıb.
FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri evin qalan hissələrini yanğından mühafizə ediblər. Yanğın söndürülüb.
Hadisə zamanı ev sahibi Suqra Hümmətova xəsarət alıb. Yanğının kiçik qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.







