
Şəkinin Aşağı Göynük kəndində tövlə yanıb.
“SHEKİ.MEDİA” xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Belə ki, yanğın nəticəsində 1955-ci il təvəllüdlü Kərimov Rəhim Əhmədalı oğluna məxsus 60 kvadratmetr sahəsi olan tövlənin yanar konstruksiyaları və içərisində saxlanılan 10 ton ot bağlamasının 5 tonu yanıb.
Yanğın zamanı ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.



