
Şəkinin Baş Şabalıd kəndində sakinlər illərdir eyni problemlə üz-üzədirlər. Kəndə giriş-çıxışı təmin edən yeganə körpü demək olar ki, hər leysan yağışdan sonra yararsız vəziyyətə düşür. Sakinlərin sözlərinə görə, körpü dağıldıqda rayon mərkəzi ilə əlaqə kəsilir, insanların gündəlik həyatı iflic olur. Xəstələrin xəstəxanaya çatdırılmasında çətinlik yaranır, kənd təsərrüfatı məhsullarının daşınması isə mümkünsüzləşir.
“SHEKİ.MEDİA” xəbər verir ki, kənddə 200-dən çox ailə, 1000-ə yaxın sakin yaşayır. Onların hamısı üçün bu körpü həyati əhəmiyyət daşıyır. Elə buna görə də sakinlər problemin müvəqqəti deyil, əsaslı şəkildə həll olunmasını istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən verilən məlumata görə, ərazidə yeni körpünün tikintisi nəzərdə tutulur.
Ətraflı: “Instagram”dan izləyin



