Şəkidə teatr festivalına yekun vuruldu

V Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub.

“SHEKİ.MEDİA” xəbər verir ki, festivalın sonuncu günündə Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib.

Səhnə əsərində ənənəvi özbək teatrının elementləri, yumor və musiqi bir araya gətirilərək tamaşaçılara rəngarəng səhnə təqdimatı nümayiş etdirilib.

Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Beş gün ərzində müxtəlif ölkələrdən və Azərbaycandan olan teatr kollektivləri Şəki səhnəsində öz tamaşalarını nümayiş etdiriblər.

Festivalın sonunda iştirakçı teatr kollektivləri, eləcə də festivalı işıqlandıran media nümayəndələri təltif olunublar.

Back to top button