
Şəkinin əhalisinin sayı açıqlanıb.
Bu barədə “SHEKİ.MEDİA”nın sorğusuna cavab olaraq Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı il aprelin 1-nə olan məlumata əsasən, Şəki rayonunun ümumi əhalisi 185 267 nəfər təşkil edib. Onlardan 67 522 nəfəri şəhər, 117 647 nəfəri isə kənd ərazilərində yaşayır.



