
Azərbaycanın aparıcı şirniyyat və qastronomiya şəbəkələrindən biri olan AZZA son dövrlərdə inkişaf strategiyasında diqqəti regionlara yönəldib. Əgər əvvəlki illərdə şirkətin yeni filiallarının böyük hissəsi Bakı və Abşeron ərazisində açılırdısa, indi şəbəkənin genişlənməsi ölkənin müxtəlif şəhərlərini və rayonlarını əhatə etməyə başlayıb.
“SHEKİ.MEDİA” Marja.az-a istinadən xəbər verir ki, şirkət Yevlax şəhərində 128-ci, Göyçayda 129-cu mağazasını istifadəyə verib. AZZA bildirib ki, məqsəd müştərilərə daha yaxın olmaq və bölgələrdə xidmət şəbəkəsini genişləndirməkdir.
AZZA Şəki, Qazax, Ağdaş və Kürdəmirdə də mağazasını istifadəyə verməyə hazırlaşır.



