
Zaqatalada yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib.
“SHEKİ.MEDİA”nın məlumatına görə, hadisə Zaqatala şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.



